Top.Mail.Ru
SİYASƏT

Paşinyandan müxalifətə TƏCİLİ XƏBƏRDARLIQ – Gizli EHTİYAT PLAN VAR

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan müxalifət qüvvələrinə parlamentdə hökumət başçısı seçkisi ilə bağlı razılaşmanı pozmağa çalışmamaq barədə xəbərdarlıq edib.

KAİM.az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə keçirilən növbədənkənar iclasda bildirib.

Paşinyan deyib ki, hakim qüvvə ölkənin digər parlament partiyalarının rəhbərliyi və ölkə prezidenti ilə əldə edilən razılığı yerinə yetirmək niyyətindədir.

“Son vaxtlar ikinci mərhələdə bəzi qüvvələrin fərqli bir ssenari tətbiq etməyə çalışacağı barədə çoxlu fikirlər səslənir. Razılaşmanı pozmağa cəhd olsa, bizim hazır qərarımız var – belə halda baş naziri “Mənim addımım” seçəcək”, – Paşinyan əlavə edib.

Qeyd edək ki, erkən seçkilər üçün parlamentin iki dəfə baş naziri seçməməsi lazımdır, bundan sonra qanunverici orqan buraxılacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button