Top.Mail.Ru

SİYASƏT

“…Ukrayna Azərbaycana hərbi yardım göstərəcək”

Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək.
KAİM.az xəbər verir ki, bu barədə Ali Radada “Xalqın xidmətçisi” partiyasını təmsil edən deputat Lyudmila Marçenko “Ukrayna 24” telekanalının efirində bildirib.
“Ukrayna bu gün müxtəlif arenalarda Azərbaycanı dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir”, – deyə Marçenko bildirib.
Ukraynanın hərbi dəstək verməyə hazır olub-olmadığı barədə suala Marçenko belə cavab verib:
“Əminəm ki, əgər məsələ kəskinləşsə, Ukrayna yan keçməyəcək”. (AZXEBER.COM)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button