Düşmənlə təkbətək MÜHARİBƏ – Gərginlik artır

“Ermənilər bu günə qədər Qarbağda Rusiyanın arxasına gizlənib, Azərbaycana qarşı təxribatlar edirdilər. Bu dəfəki təxribata da buna arxayın şəkildə başlamışdılar. Lakin gözlədikləri olmadı və Rusiya birbaşa müdaxilə etməyəcəyini açıqladı”.
Bu sözləri Redaktor.az-a politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Rusiya Ermənistanı silahla təmin edir. Amma bu, Ermənistan hökumətini qane etmir:
“Onlar istəyir ki, Rusiya təkcə silahla yox, həm də ordu ilə kömək etsin. Bunun üçün isə sözün həqiqi mənasında Paşinyan Putinə yalvarır. Onlar hər zaman kiminsə qabağında əyilib, yalvarmaq siyasəti aparırlar. Bu dilənçi, rüsvayçılıq xisləti onların qanındadır. Bu, təkcə Paşinyanın yox, hakimiyyətə gəlmiş bütün erməni rəhbərlərə xas xüsusiyyətdir”, – deyə politoloq bildirib.
Politoloq Ermənistanın Rusiya ilə Türkiyənin qarşı-qarşıya qoymaq istədiyini bildirib:
“Paşinyan Rusiyanın münaqişəyə cəlb etmək, istiqaməti dəyişməyə çalışır. Bilir ki, Rusiyanın münaqişəyə müdaxiləsi, Türkiyənin də müdaxiləsinə gətirib çıxaracaq. Bu zaman iki böyük ölkə arasında gərginlik, hətta müharibə belə başlaya bilər. Paşinyan da regiondakı bu gərginlikdən öz xeyrinə istifadə edəcək. Amma Rusiya bunu başa düşür və Ermənistanın təxribatına getmir. Düşünürəm ki, bu belə də davam edəcək. Ancaq vəziyyətin dəyişə biləcəyi ehtimalını da unutmamalıyıq”.