Top.Mail.Ru
SİYASƏT

Elman Vəliyev: “İsrail-Fələstin münaqişəsində ABŞ Türkiyəyə İMKAN VERMƏDİ” – AÇIQLAMA

“Qüds məsələsi İsrail ilə Fələstin arasındakı münaqişənin əsas səbəblərindəndir. İsrailin Qüdsü öz ərazisi kimi görməsi və Həmasın buna etirazı qarşıdurmalar yaradır. Sonuncu münaqişə zamanı İsarilin Baş Naziri Benyamin Netanyahu qarşı tərəfə ifrat dərəcədə təzyiqlər etdi. Mən bunun səbəbini Netanyahunun seçki qabağı siyasi manevr etməsi ilə əlaqələndirirəm.”

Bu sözləri KAİM.az-a açıqlamasında siyasi ekspert Elman Vəliyev deyib.

“Siyasətdə belə siyasi situasiyalar gözlənilən haldır. Bəzən lider öz legitimliyini, imicini artırmaq, seçkilərdə rəğbət qazanmaq üçün müharibə üsuluna əl atmağı bir vasitə kimi bilir. Ölkədə Netanyahuya qarşı əks fikirlər geniş vüsət alıb. Bir çox partiyalar yeni hökumət quracağını belə dilə gətiriblər. Netanyahu vəziyyətin gərgin olduğunu görür. Çıxış yolu kimi bütün diqqəti müharibəyə yönəltməyə çalışır. Necə ki, Ermənistanda belə bir vəziyyət yaranmışdı. Daxildə baş verən iğtişaşları səngitmək üçün diqqəti cəbhəyə fokuslandırmışdılar.”

Elman Vəliyev İrsail-Fələstin müharibəsinin gedişatında Türkiyənin istədiyi nəticəni əldə edə bilmədiyinə diqqət çəkib vurğuladı ki, prezident Ərdoğanın atəşkəs qərarının alındığı masa da yer almaq cəhdləri uğursuz alınıb.

“11 günlük müharibədə Türkiyə tərəfi diplomatik yolla problemi həll etməyə çalışdı. Türkiyə prezidenti Ərdoğan bir neçə dövlət liderləri ilə danışıqlar apardı, amma üstünlük əldə edə bilmədi. Türkiyə bilir ki, İsrail Qəzzanı, Qüdsü işğal etsə bir çox dayaqlarından məhrum edilə bilər. Yəni İsrailin bölgədə güc sahibinə çevrilməsi Türkiyə üçün böyük təhlükədir. Türkiyənin səylərinə baxmayaraq tərəflər arasında razılıq Misir vasitəsilə baş tutdu. Onu da qeyd edim ki, vasitəçinin Misir olmasınıAmerika istədi. İsrail bölgədə Amerikanın sağ qoludur və bu müharibədə də İsrailin yanında dayandı (buna baxmayaraq, vaxt gələcək İsrail Amerka üçün problem olacaq). Amerika Türkiyənin sülh təklifinin İsrail tərəfindən qəbul edilməməsi üçün təzyiqlər etdi.

Əgər masada Türkiyə də yer alsaydı anlaşmanın bəndlərininin bir çoxu Həmasın leyhinə olacaqdı və Türkiyə böyük üstünlüklər əldə edəcəkdi. Amma bunu nə Amerika, nə Fransa, nə də Misir istədi.”

Siyasi ekspert bildirdi ki, bura da Misirin vasitəçi kimi rol oynamasının əsl səbəbi başqadır. Hələ keçmişdən bəri cızılmış dərin planlar artıq siyasi arena da öz təsirini göstərir.

“Misir ilə İsrail 1978-ci ildə Amerikanın diktəsi ilə Kamp-David sazişi imzaladılar. Bununla da Misir İsrailin suverenliyini tanıyan ilk ərəb övləti oldu. İsrail isə Misirin Sina bölgəsini geri qaytardı. Misir iqtidarı ikili standartlarla oynayanlardandır. Misir də Türkiyənin bölgədə güclənməsinin əleyhinədir.”

Elman Vəliyevin fikirlərinə görə, 21-ci əsrdə üzə çıxan oyunlar Türkiyənin supergüc olma yolunda bir çox maneələrə rast gəlməsinə zəmin yaradır.

“Liviyada müharibə gedərkən “Ulusal Mutabakat Hökuməti”nin rəhbəri Haftərə Türkiyənin dəstəklədiyi mərkəzi Tripoli hökuməti əleyhinə müqavimətdə yardım edib. Hətta Misir Prezidenti Əbdülfəttah Əl Sisi Türkiyə ilə Liviya Aralıq dənizi ilə bağlı anlaşma imzalayanda buna etirazını bildirmişdi.

Beləliklə, Misir İsrailin Qəzzanı işğal etmə niyyətinə göz yuma bilməzdi. Bu gələcəkdə İsrailin Misir torpaqlarını da ələ keçirməsinə səbəb ola bilərdi. Digər yandan masa da vasitəçi kimi oturmaq Misirin imici üçün müsbət haldır.

Bir dövlət müharibəni sülh yolu ilə həll edə bilirsə, beynəlxalq aləmdə onun imici yüksəlir. Əgər tərəflər arasında konflikt yenə artarsa, artıq Misirin də müdaxilə etmə hüququ var. Çünki sülh Misirin əli ilə bağlandı. Türkiyə isə bölgədə rolunu artırmaq üçün ilk növbədə razılığa, əməkdaşlığa getməlidir.” – deyə siyasi ekspert bildirdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button