Top.Mail.Ru
SİYASƏT

İrandan Azərbaycana TARİXİ ZƏRBƏ: “Zəngəzur dəhlizi”nə qarşı olma səbəbləri AÇIQLANDI

Qafqazda vəziyyət yenidən fərqli şəkil almağa başlayıb. 44 günlük müharibədən sonra durumun sabitləşəcəyi gözlənilsə də, bunun əksi müşahidə olunmaqdadır. Xüsusən də Ermənistanın indiyə qədər razılaşdığı məsələlərdən boyun qaçırması durumu xoş olmayan istiqamətə aparır.

KAİM.az xəbər verir ki, bölgədə marağı olan ölkələr bu və ya digər şəkildə tərəflərini müəyyən etməyə başlayıblar. Rusiya Azərbaycan və Ermənistanı eyni “gözdə” gördüyündən tərəf tutmaqdan maksimum qaçır. Lakin bu, o demək deyil ki, Moskva Azərbaycanın tərəfindədir. Əksinə, Kremli hazırda düşündürən əsas məsələ Ermənistanda keçiriləcək seçkilər və Nikol Paşinyanın seçilməməsidir. Əgər onun adamı olan Robert Koçaryan hakimiyyətə gələrsə, Rusiyanın əsl üzü ondan sonra üzə çıxacaq.

Fransanın aşkar şəkildə Ermənistanı dəstəklədiyi də göz qabağındadır. Paşinyanın Parisə son səfəri, Makronun erməni dilində dəstək bəyanatı yayması, habelə Bbakıya göndərdiyi məktubdan da aydın görünür ki, Fransa İrəvanı əldən vermək fikrində deyil. Bunun üçün toqquşmalardan da qaçmaqdan çəkinməyəcək.

Bölgədə marağı olan ABŞ-ın yanaşması isə daha çox regiona yerləşmək və sərhədlərin müəyyən edilməsi prosesində iştirak etməkdən ibarətdir. Vaşinqton hər şeyin danışıqlar yoli ilə həll edilməsinə tərəfdar kimi çıxış etsə də, onu maraqlandıran əsas məsələ Rusiyanın Qqafqazda təkbaşına hərəkət etməsini önləməkdir.

Britaniyanın mövqeyi hələlik “dumanlı”dır. Daha doğrusu, London 44 günlük müharibə dövründə Azərbaycana lojistik dəstək verməyə çalışan tərəf olaraq diqqəti çəkirdi. Bu gün susqun qalması, məsələlərə müdaxilə etməməsi isə onu deməyə əsas verir ki, Britaniya proseslərin hansı istiqamətdə getdiyindən xəbərdardır və zamanı çatanda müdaxiləsini edəcək.

Türkiyənin də bölgədə rolu danılmazdır. Azərbaycanın əsas strateji müttəfiqi olan Ankara istər müharibədn öncə, istərsə də sonra Bakıya zəruri olan bütün dəstəkləri verib və hazırda da bu proses davam edir. Türkiyənin hədəfi Azərbaycanda təkcə siyasi və iqtisadi deyil, həm də hərbi cəhətdən var olmaqdır. Və böyük ehtimalla yaxın illərdə bunun da şahidi olacağıq.

Lakin bölgədə marağı olan, eyni zamanda, əsas oyunçulardan biri hesab olan İran da var. Müharibə dövründə susqun dayanan, Ermənistanı özünün müttəfiqi elan edən, habelə “Ermənistanın sərhədd məsələsi bizin qırmızı xəttimizdir” deyiminin müəllifi olan Tehran son dövrlər xeyli aktivləşib. İrəvana generallardan ibarət heyətin göndərilməsi, XİN başçısı Zərifin səfərlər etməsi, Qarabağa Azərbaycanın icazəsi olmadan yüklərin göndərilməsi və ən əsası son günlər müzakirə edilən “Zəngəzur Dəhlizi” məsələsinə aqressiv yanaşan İran, bununla bölgədə söz sahibi olduğunu nümayiş etdirməyə çalışır.

Qeyd edək ki, Ermənistan 10 noyabr bəyanatında imza atdığı maddələrdən biri də nəqliyyat dəhlizi məsələsidir. Bununla yanaşı, ölkələr arasında kommunikasiyanın bərpa edilməsi və iqtisadi əlaqələrin qurulması da tələb olunan şərtlərdən hesab olunur. Lakin Paşinyan hökuməti ötən günlərdə bəyan etdi ki, kommunikasiya və iqtisadi əlaqələrin bərpasına dair üçtərəfli müzakirələri dayandırıb. Onlar bunu sərhəddə yaşanan gərginliklə və Azərbaycanın “geri çəkilməməsi” ilə izah ediblər. Rəsmi Bakı isə bəyan edib ki, dəhliz açılmalıdır, Ermənistan buna razılaşmasa, zorla açılacaq.

Bildirək ki, “Zəngəzur Dəhlizi”nin açılmamasında İran ən maraqlı tərəflərdən biridir. Çünki bu yolun açılması İranın Ermənistana, oradan Gürcüstana və daha sonra Avropaya çıxış imkanlarını məhdudlaşdırır. Düzdür, Naxçıvana çəkiləcək dəmiryolunun bir qolu da İrana uzanacaq. Lakin bu Tehranı qane etmir. Çünki indiyə qədər Naxçıvana gedən bütün yollar onun ərazisindən keçirdi və bu da İrana həm təzyiq etmək, həm də nəzarət etmək imkanı verirdi. Bundan sonra həmin imkan da əldən çıxacaq. Üstəlik, xaricə daşınan yüklər Naxçıvandan keçərək, yola salınacaq. Təbii ki, belə olan halda İran bununla razılaşmaq istəmir. Elə o səbəbdən də yeni oyunçu kimi, meydana girməyə çalışır.

Ekspert Nurlan Qasımov deyir ki, Tehran və İirəvan strateji müttəfiqdirlər. Onun sözlərinə görə, Qərb tərəfindən tətbiq edilmiş sanksiyalardan sonra Ermənistan Qərbə çıxmaq üçün İranın sonuncu qapısıdır. “İranlılar Ermənistanda aktiv maliyyə fəaliyyəti ilə məşğuldurlar. İrəvan onlar üçün başqa dövlətlərə pul köçürmək üçün ən əlverişli yerdir. Azərbaycan-Eermənistan sərhəddinin cənub hissəsi İranın yaxınlığındadır. Əgər İran-Ermənistan sərhəddi bağlanarsa və ya mane ortaya çıxarsa, o zaman iqtisadiyyatının ciddi ziyan görəcəyinin də fərqindədir”.

Nurlan Qasımov hesab edir ki, Naxçıvanla Azərbaycanı birləşdirən Mehri dəhlizi olduqca əhəmiyyətlidir. “Əəgər demarkasiya prosesi başa çatsa, bu Tehranın Ermənistana çıxmasını mümkünsüz edə bilər. Bu isə Tehranın birbaşa iqtisadi maraqlarına ziddir. Bunun üçün Bakı ilə anlaşmaq lazımdır. Lakin belə bir razılaşma İran üçün Azərbaycan və Türkiyənin regionda gücünü qəbul etməkdir. Ki, İran da bunu istəmir. Məhz bu səbəbdən də Ermənistana dəstək verir”.

Ekspert hesab edir ki, Tehran Zəngəzur dəhlizi məsələsinə spektik yanaşır. “Halbuki bu dəhliz Ermənistan üçün alternativ marşrutlar açır. Zəngəzur dəhlizi İrəvan və Tehranı Naxçıvan və Culfa vasitəsi ilə birləşdirəcək. Lakin Ermənistanın, həm də digər ölkələrə də yolu olacaq. Bu isə İranda qısqanclıq yaradır. Reallıq budur ki, İranda yaşayan ermənilər üçün bu yolx “həyat yolu”dur”. \ JAMAZ.İNFO

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button