Top.Mail.Ru
SİYASƏT

TƏCİLİ! Ərdoğan mina xəritələrinin verilməsi üçün NATO-ya MÜRACİƏT EDƏCƏK? – AÇIQLAMA

“Ərdoğanın NATO rəhbərliyi ilə bu istiqamətdə razılaşma əldə edəcəyi gözləniləndir”.

KAİM.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində Ermənistanın mina xəritələrini Azərbaycana verməsinə nail olmaq üçün qurum üzvlərindən dəstək alıb-almayacağı məsələsinə toxunarkən deyib:

“Ərdoğan hər halda beynəlxalq hüquq normalarına uyğun olaraq bu məsələdə nəticə əldə edilməsinə çalışacaq. Belə ki, beynəlxalq hüquq normalarına uyğun olaraq müharibə bitdikdən sonra tərəflər hökmən mina xəritələrini bir-birinə, xüsusən də qalib dövlətə verməlidirlər. Zənn edirəm ki, Ərdoğan bu məsələni sözügedən sammitdə təkidlə gündəmə gətirməklə NATO-nun siyasi rəhbərliyi ilə həmin istiqamətdə razılaşma əldə edəcək”.

Bununla belə, politoloq zənn edir ki, ermənilərdə heç mükəmməl mina xəritələri də yoxdur:

“Bu ölkə başını itirib, ayağını axtarır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button