Top.Mail.Ru
SİYASƏT

Ermənilərdən mina xəritələrinin alınmasına iki münasibət – FƏRQLİ TEZİSLƏR

Fazil Mustafa: “Bu, Azərbaycanın diplomatik uğurudur”

Akif Nağı: “Azərbaycan xəritə müqabilində bu murdarların geri qaytarilmasından imtina etməlidir”

“Ermənistan tərəfindən Ağdamda basdırılan minaların xəritələrinin verilməsi hər şeydən öncə Azərbaycanın diplomatik uğurudur”.

KAİM.az xəbər verir ki, bu sözləri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

F.Mustafa bunun ilk növbədə digər mövzularda da cəhdlərimizin boşuna getməyəcəyinə ümid yaratdığını vurğulayıb:

“Digər tərəfdən Ermənistanın bir dövlət olaraq başqa bir ölkənin ərazisində mina basdırdığını və bunun məsuliyyətini daşıdığını təsdiqləyir. Bizim də atılan addımın qarşılığında 15 erməni diversantını təhvil verməyimiz doğru jest olaraq qəbul olunmalıdır. Qoy bu Paşinyanın seçkilərdə işinə də yarasın, bizim üçün yenə də ən uyğun namizəd məlum bəyanatın altına imza atan şəxsdən başqa kim ola bilər ki? Heç gizlətməyə də gərək yox, Paşinyanın əlini möhkəmlədəcək addımlara Azərbaycanın rəvac verməsi daha məntiqli deyilmi?”

Fazıl Mustafa - Vikipedi

F.Mustafa həmçinin burda vacib bir məqam olduğunu deyib. Onun fikrincə, biz bu xəritələrin reallıqda nə qədər səhih olduğunu təcili olaraq yoxlamalıyıq:

“Çünki ermənilərin bizə düzmə-qoşma bir sənəd verməiyini təcili olaraq dəqiqləşdirmək çox əhəmiyyətlidir. Proses hər nə qədər ağır getsə də, anlaşılan budur ki, əsas hədəfimiz olan Zəngəzur dəhlizi məsələsinin canlanması Ermənistanda yeni hökumətin qurulmasından sonra mümkün olacaq. Bunun üçün də bəzi sosial məsələləri hədsiz şişirdərək Rusiya ictimai rəyində bizimlə bağlı formalaşan neytrallıq havasının dəyişməsinə səbəb ola biləcək davranışlara fürsət verməməliyik”.

Bununla paralel mina xəritələrinin verilməsi qarşığında 15 diversantın qaytarılması mövzusu da ictimai fikirdə fərqli rəy yaradıb.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu məsələdə fərqli tezislər irəli sürür:

“Ermənilərin 15 diversantı , terrorçusu qaytarıldı, əvəzində Ağdam ərazisindəki 97 min minanın xəritəsini aldıq. Cinayətkarı cəzasız buraxmaq olmaz , dünya praktikasında cinayətkar cəzasının heç olmasa bir hissəsini çəkəndən sonra sərbəst buraxıla bilər. Hər halda 6 ay həbsxanamızda oldular , bunu da kifayət hesab etmək olar. Bir şey də var ki , onlar bizim üçün artıq təhlükəli deyillər , zərərsizləşdiriliblər , onlardan ermənilərin bizə qarşı istifadə etmək imkanları istisna edilir , əsirlikdə olana yeni bir tapşırıq vermələri mümkün deyil ,bizim onlardan istifadə etmək variantlarımız ola bilər. Bu hadisədə əsas məsələ erməni rəhbərliyinin öz cinayətlərini etiraf etməsidir. Onların əsas cinayəti o sayda mina basdırmaqdı. Hərbi hissələr geri çəkilirsə , müəyyən yerlərdə , xüsusi də yollara mina basdıra bilər ki , əks tərəfin təqibini ləngitsin. Bu sayda mina ancaq bölgəyə qayıdacaq dinc əhaliyə qarşı basdırıla bilərdi. Deməli , ermənilər kütləvi şəkildə mina basdırdıqlarını boyunlarına alır və bununla cinayətlərini etiraf edirlər”.

Akif Nağı: “Qasım Süleymaninin terror aktı ilə qətlə yetirilməsini qətiyyətlə pisləyirik” Pravda.az

A.Nağı hesab edir ki, bunu qiymətləndirmələri üçün benəlxalq təşkilatların diqqətinə çatdırmaq lazımdır:

“Bir şey də var ki , bu xəritələr yoxlanandan sonra xeyli hissəsinin yalan olduğu da ortaya çıxacaq. Ona görə də Azərbaycan xəritə müqabilində bu murdarların geri qaytarilmasından imtina etməlidir. Məhkəmə proseslərində görün nələr , onların , xüsusilə də Mkrtçyanla Xosrovyanın hansı cinayətləri üzə çıxır. Bunları bağışlayıb geri göndərməyin özü cinayətdi”. / Musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button