Top.Mail.Ru
SİYASƏT

Ərdoğan Qarabağa yollanır: Cocuq Mərcanlıya səfər – “ŞUŞA BƏYANATI”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa yola düşüb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər edən ilk ali qonaq olacaq. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağın girişində – qapısında Füzulidə qarşılanacaq”.

KAİM.az xəbər verir ki, bu sözləri Türkiyənin “TRT Haber” telekanalının Bakıya ezam olunmuş müxbiri Fatih Avanos deyib.

Məlumata görə, dövlət başçıları həmçinin Füzuli şəhərində görülən işlərlə tanış olacaq və bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə yollanacaqlar.

Daha sonra liderlər birlikdə Şuşaya gedəcək. Şuşa şəhərində “Şuşa bəyanatı”nı imzalayacaqlar.

“İki ölkənin yüksək səviyyəli strateji əməkdaşlığını daha da inkişaf etdirəcək bəyanata imza atılacaq”, – deyə müxbir bildirib.

Azərbaycan və Türkiyə prezidentləri Cıdır düzündə Qarabağ atlarının çıxışını izləyəcək. Türkiyə Prezidenti Azərbaycan əsgərləri ilə də görüşəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button