Top.Mail.Ru
SİYASƏT

Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı ƏRDOĞANDAN AÇIQLAMA

Bu məsələ Şuşa Bəyannaməsinin açıqlanan maddələrindən kənarda deyil.

KAİM.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Şuşa Bəyannaməsi Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını da əhatə edəcəkmi?” sualını cavabında deyib.

Azərbaycanda türk hərbi bazasının qurulmasını istisna etməyən R.TƏrdoğan bildirib:

“Hələlik burada (Şuşa Bəyannaməsində – red.) daha çox sərhədlərin zəmanət altına alınması əsasdır. Burada daha sonra inkişaf, genişləmə ola bilər.

Xüsusilə cənab İlham Əliyevin Putinlə həyata keçirəcəyi görüşlər və bizim görüşlərimiz bu işi fərqli şəkildə inkişaf etdirə bilər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button