Top.Mail.Ru

SİYASƏT

NATO bununla Kremlə meydan oxudu – ŞƏRH

NATO-nun Qara dənizdə “Sea Breeze” təliminə start verməsi təsadüfi deyil. Son dövrlər Rusiya ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsi və Bayden-Putin görüşünün nəticəsiz qalması Qərbin aktivləşməsinə gətirib çıxarıb.

KAİM.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev NATO-nun Qara dənizdə “Sea Breeze” (Dəniz mehi) təliminə start verməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, “Sea Breeze” təlimləri hər il keçirilsə də, bu il təlimdə ümumilikdə 30 dövlətin 5000 hərbçisi, 32 gəmisi, 40 təyyarə və helikopteri iştirak edir:

Loading...
Yazının davamı reklamdan sonra

“Bu təlimləri mahiyyət etibarilə bu günə qədər keçirilən ən irimiqyaslı təlim hesab etmək olar. Digər tərəfdən, bu təlimi bir neçə ay öncə Rusiya ordusunun Ukrayna sərhədində keçirdiyi genişmiqyaslı hərbi təlimlərə cavab kimi də qiymətləndirmək olar.

NATO-nun Rusiyaya qarşı “Dənizdən-dənizə: Baltik-Qara-Xəzər dənizi” strategiyası var. Təsadüfi deyil ki, alyans bu istiqamətdə bu gün də addımlar atmaqdadır. Misal üçün Bolqarıstan və Rumıniya, həmçinin Türkiyənin vaxtından əvvəl NATO-ya üzv qəbul edilməsinin bir digər səbəbi də Qara dənizə çıxış əldə etmək idi. Bu gün isə Baltikyanı ölkələrlə bu proses baş verir”.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button