Top.Mail.Ru
SİYASƏT

Koçaryandan ETİRAF: Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq

Ermənistanın keçmiş prezidenti, iyun seçkisində Hayastan blokunun lideri olmuş Robert Koçaryan deyir ki, Yerasxdakı (1968-ci ilədək Arazdəyən – red) insidentlər yeni bir sənədin imzalanmasına hazırlıqdan xəbər verir.

KAİM.az xəbər verir ki, Koçaryanın fikrincə söhbət çox ciddi təhlükələrə səbəb ola biləcək sülh sazişindən də gedə bilər: “Nəzərə alsaq ki, bizim xalqımızın əhəmiyyətli bir hissəsi oktyabr-noyabrda baş verənləri həzm edib, bəli, bu belə razılaşmaya hazırlıq ola bilər. Bu sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tanımadan mümkün olmayacaq. Bu isə Qarabağın gələcəyi üzərindən xətt çəkilməsi deməkdir”.

Koçaryan Ermənistanda seçkisonrası vəziyyəti “Səddam Hüseynin İraqına xoş gəldiniz” kimi səciyyələndirib. //Correkt.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button