Top.Mail.Ru
SİYASƏT

SSRİ lideri SİRRLƏRİ AÇDI: Moskva və Vaşinqton gizli dialoq qurmaq barədə düşünməlidir

Keçmiş SSRİ Prezidenti Mixail Qorbaçov Rusiya ilə ABŞ arasındakı əlaqələrin hansı məqsədlərə əsaslandığı barədə danışıb.

KAİM.az xəbər verir ki, o bu barədə Ria Novosti-ə açıqlama verib. Onun sözlərinə görə, ölkələr nüvə silahlarının daha aşağı səviyyəsi ilə bağlı razılığa gəldikdən sonra danışıqlara digər nüvə güclərini, xüsusən Çin, İngiltərə, Fransanı cəlb etməlidir.

“Dəfələrlə demişəm və təkrar edirəm: başqa məqsəd ola bilməz. Çünki nüvə müharibəsi qəbuledilməzdir. Artıq son hədəfə – nüvə silahlarının ləğvinə doğru irəliləmək üçün birləşmək lazımdır ”- deyə Sovet lideri vurğulayıb.

Strateji hücum silahlarının azaldılması mövzusunun hazırda bağlanmadığını vurğulayan Qorbaçov, Moskva ilə Vaşinqton arasında strateji sabitliyə dair danışıqlara ümid etdiyini bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ düz 30 il əvvəl Strateji Silahların Azaldılması Müqaviləsini (START-1) imzaladılar. Sənəd 31 iyul 1991-ci ildə Mixail Qorbaçovla ABŞ prezidenti Corc Buş arasında Moskvada keçirilən görüşdə imzalanmışdır.

25 may 2021-ci ildə Qorbaçov demişdi ki, Moskva və Vaşinqton gizli bir dialoq qurmağa qadirdir, baxmayaraq ki, bu çətin olacaq. O qeyd edib ki, “Amerikanın yeni prezidenti ilə danışıqlar apara bilərsiniz” çünki əvvəlki rəhbərlik “etibarsız” idi.

/ metbuat.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button