SİYASƏT
Rusiyadan Qarabağ açıqlaması: VƏZİYYƏTİN NORMALLAŞMASI…

9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrası Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşması üçün prioritetdir.
Kaim.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin 76 -cı Baş Assambleyasında Rusiyanın beynəlxalq mövqeyinə dair hesabatında qeyd olunub.
“Rusiya Xarici İşlər Nazirliyi BMT-nin agentliklərini, xüsusilə də Qaçqınlar üzrə Ali Komissarlığını (UNHCR) Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı zonasında humanitar fəaliyyətlərə cəlb etməyi faydalı hesab edir. Onların mümkün işlərinin parametrləri Bakı və İrəvanla birbaşa razılaşdırılmalıdır”, – hesabatda qeyd olunub.
Mənbə
KAİM.az