Top.Mail.Ru
SİYASƏT

SON DƏQİQƏ! Co Baydendən PAŞİNYANA SENSASİON MƏKTUB – Qarabağ haqqında ŞOK AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması və yeni Nazirlər Kabinetinin qurulması münasibətilə təbrik edib.

KAİM.az xəbər verir ki, Co Bayden Paşinyana ünvanladığı təbrik məktubunda Ermənistanda azad, daha demokratik, ədalətli və firavan cəmiyyətin qurulmasının səbəbini şəffaf seçki sisteminin olması ilə əlaqələndirib.

” Son 3 il ərzində Ermənistan bu sahələrdə böyük irəliləyiş əldə etdi. ABŞ yeni patrul xidmətinin fəaliyyətə başlaması və korrupsiya şəbəkələri ilə mübarizə üçün müstəqil idarələrin qurulmasına kömək etməkdən məmnundur. Sizin üçün etibarlı tərəfdaş olmağa davam edəcəyik” -deyə Co Bayden yazıb.

O, 2020-ci ildə baş verən Qarabağ müharibəsi haqqında fikirlərinidə bölüşüb:

”ABŞ bu problemin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Azərbaycan və Ermənistanı ən qısa zamanda ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlara çağırırıq”

Co Bayden Azərbaycanda olan erməni əsirlərin geri qaytarılması məsələsinədə toxunub:

“Amerika Birləşmiş Ştatları erməni əsirlərin Ermənistana təhvil verilməsi üçün çalışmaqdan məmnundur. Biz bütün hərbi əsirlərin sağ-salamat geri qaytarılması üçün əlimizdən gələni edəcəyik. Ümid edirik ki, Gürcüstanın dəstəyi ilə bu istiqamətdə görmək istədiyimiz tədbirlər Minsk Qrupu həmsədrlərinin yeni başladığı müzakirələrin predmetinə çevriləcək. Və bu, Ermənistan ilə gələcək regional əməkdaşlığımızın əsası olacaqdır.”

ABŞ prezidenti Ermənistan ilə əməkdaşlığın önəmli olduğunu bir daha vurğulayaraq məktubunu belə yekunlaşdırıb:

“İkitərəfli əlaqələrimizi genişləndirmək üçün səbirsizliklə gözləyirəm”

Kənan Bahadur / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button