Əgər Ermənistan ağlını başına yığmasa, planımız İŞƏ DÜŞƏCƏK – AÇIQLAMA

Türkiyə və Azərbaycan Ermənistanın artan nəfsinə görə uğradığı məğlubiyyətin səbəb olduğu duyğularının və onlara dəstək verən güclərin nə etməyə çalışdığını yaxşı bilir
Kaim.az xəbər verir ki, Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Türk ekspert bildirib ki, Ermənistan Azərbaycanı təxribata təhrik etməyə çalışır:
“Ermənistanın yeni bir qeyri-sabitlik ünsürü olmamağı üçün Türkiyə üzərinə düşəni edir. Türkiyə deyir ki, yeni bir səhvin yeni bir savaşa səbəb olmasın. Türkiyə Ermənistan tərəfinin törətdiyi təxribatların, etdiyi manipulyasiyaların da, sərhəd pozuntularının da fərqindədir, Ermənistan hakimiyyətinin başqa ölkələrlə etdiyi görüşlər nəticəsində rəsmi İrəvanın ortaya qoyduğu reflekslərin də fərqində. Türkiyə düşünür ki, ona-buna yaltaqlıq etmək siyasətindən əl çəkməsi öncə Ermənistanın özünə faydalı olacaq. İstər Azərbaycanın, istər Türkiyənin beynəlxalq hüquq çərçivəsində, ölkələrini müdafiə haqqı çərçivəsində hər cür təhdidə qarşı hər cür hazırlığa sahib olduqları göz önündədir. Nəticədə Ermənistanın bu işğal siyasəti, sərhəd pozuntuları geosiyasi proseslərin bir parçası olaraq özünü göstərir. Bununla da Azərbaycanı təxribata təhrik etməyə çalışır. Bunu da öz hesabına etmədiyini, kimlər tərəfindənsə istənildiyini görürük. Yəni bu “xidmət” qarşılığında bəzi güc mərkəzləri Ermənistanı və erməni xalqını istifadə edir. Ona görə də Ermənistanın ağıllı qərar vermələrində fayda olduğunu düşünürəm. Əgər Ermənistan ağlını başına yığmazsa bir yerə qədər səbr edəcəyik və öz planlarımıza uyğun bir reaksiya nümayiş etdirəcəyik. Onsuzda hazırda Ermənistanın indi ortaya qoyulan təxribatçı addımları diqqətlə izlənilir və bu cəhdlərinin qarşısı alınır, başları əzilir. Amma nə Azərbaycanın, nə də Türkiyənin Ermənistana verəcəyi bir qarış da torpağı yoxdur. Ermənistanın bu qaragüruh addımlarını da cavabsız qoymayacaqlar”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayımlanan bəyanatda “Ermənistan öz təcavüzkar həqarət və hərəkətlərindən əl çəkməlidir” deyilir. Bildirilib ki, Ermənistan Cənubi Qafqazda uzun müddət sonra ortaya çıxan sülh və sabitlik fürsətini dəyərləndirməlidir: “Ermənistan rəhbərliyi öhdəliklərinə sadiq qalaraq, region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməlidir”.
Mənbə
KAİM.az