Top.Mail.Ru
SİYASƏT

Ceyhun Bayramov Türkiyəyə BAŞSAĞLIĞI VERDİ


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlıTürkiyəyə başsağlığı verib.

Kaim.az xəbər verir ki, XİN başçısı bu barədə özünün Tvitter hesabında yazıb.

“Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, – Ceyhun Bayramov qeyd edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button