Top.Mail.Ru

SİYASƏT

Zas İrəvanda olarkən Lavrov Bakıya niyə ZƏNG ETDİ?


Bu gün Lavrovla Bayramov arasında telefon danışığı oldu. Əliyevin Moskva səfərindən sonra sərhədlərin delimitasiyası, üçtərəfli razılaşmaların icrası, xüsusilə kommunikasiyanın bərpası proseslərinin iki ölkə arasında müzakirə mövzusu olması normaldır.

Lakin Moskvadan Bakıya edilən zəngin zamanı diqqət çəkir:

– Rusiya sərhədçiləri Qazaxın Əskipara kəndində yerləşib: bu, o istiqamətdə Moskva üçün prioritet olan kommunikasiyanın açılması və sərhədin delimitasiyasının həyata keçirilməsinə hesablanıb; nazirlər prosesin icrasını müzakirə edir;

Loading...
Yazının davamı reklamdan sonra

– KTMT-nin Baş katibi Stanislav Zas İrəvanda sərhəd məsələsinin həllində təşkilatın mexanizmlərindən istifadəni müzakirə edir.

Sərhəd məsələsində neytral qalacaqlarını açıqlayan KTMT-nin Baş katibi Zasın İrəvana səfərinin üç mümkün səbəbi görünür:

a) Seçkilərdən sonra Ermənistanın KTMT qarşısında öhdəliklərini xatırlatmaq, 2018-ci ildən başlayan anlaşılmazlıqları aradan qaldırmaq, münasibətləri normallaşdırmaqdır;

b) Ermənistana sərhəd məsələsində alternativlərə ehtiyac olmadığnı izah etmək: Paşinyan sərhədin delimitasiyasına KTMT-nin monitorinq qrupunun cəlb edilməsini təklif etmişdi, əks təqdirdə, ATƏT-in Minsk Qrupu ölkələrinin qüvvələrinin bölgəyə gətirilməsindən danışmışdı; Zas bu səfərlə üzv ölkə Ermənistana təşkilatın qiyabi dəstəyini nümayiş etdirir;

c) İstisna deyil ki, sərhəddə KTMT monitorinq qrupunun yerləşdirilməsi məsələsi Rusiyanın gündəminə əlavə variant olaraq daxil edilib: Zas İrəvanda müzakirə apararkən, Lavrovun Bakıya zəng etməsi bu ehtimalı önə çıxarır; Moskva sərhəd məsələsinə Qarabağdan sonra bölgədə uzunmüddətli qalmaq perspektivi olaraq baxır; prosesdə KTMT-nin iştirakı təşkilatın zəifləyən nüfuzunu artıra, gələcəkdə ruslar tərəfindən Azərbaycanın “müşahidəçi statusda təmsilçiliyinin” gündəmə gətirilməsi imkanlarını genişləndirə bilər.

Asif Nərimanlı

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button