Top.Mail.Ru

SİYASƏT

Qazaxın 7 kəndi Moskvada MÜZAKİRƏ OLUNUR – Şoyqu Karapetyanı yola gətirə BİLƏCƏKMİ?

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyaya səfər edib.
Bundan əlavə, Rusiya müdafiə naziri Şoyqunun Ermənistandan olan digər nümayəndə heyəti ilə də görüşü planlaşdırılır.
Maraqlıdır, sözügedən görüşlərin başlıca müzakirə mövzusu nədən ibarət ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli danışıqlarda təhlükəsizlik və işğalda olan kəndlərin geri qaytarılması məsələlərinin müzakirə ediləcəyini düşünür:
“Ermənistan müdafiə naziri ilə Şoyqu arasında mütəməadi olaraq, həftədə bir neçə dəfə telefon danışıqları baş tutur. Arşak Karapetyan hələ təyinatının ilk günlərindən Şoyqu ilə əlaqəyə keçmişdi. Müdafiə nazirinin Şoyqu ilə bu dəfəki görüşündə Qazaxın 7 kəndinin qaytarılması, bu istiqamətdə nəqliyyat xəttlərinin açılması, təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq.

Eyni zamanda sərhədlərin demarkasiya və delimitasiya məsələsi də gündəmdədir ki, tərəflərin bununla bağlı da müzakirə aparacağı gözləniləndir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button