Qabil Hüseynli geri addım atdı: Dünənki emosional sözlərimdən İMTİNA EDİRƏM

Vladimir Jirinovskinin səsləndirdiyi məlum iftiralara Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun cavab verməli olduğu haqda mətbuata verdiyim açıqlamada emosional yanaşma və qeyri-dəqiqliklər var.
Kaim.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq, professor Qabil Hüseynli deyib.
O bildirib ki, bu gün şərhi ilə tanış olduqdan sonra təkzib vermək istəsə də, ona bu imkan tanınmayıb:
“Şərhin dərc olunan variantı ilə tanış olduqdan sonra həm konteksdən çıxarılan, həm də özümün ifadə etdiyim emosional fikirlərin “Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”na görə doğru olmadığını gördüm. Buna görə orda əksini tapan bütün fikirlərimdən imtina edirəm”.
Xatırladaq ki, Qabil Hüseynli dünən “Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski əvvəlki çıxışlarında Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirdi. Dünən isə Türkiyə və bu dövlət başçsı Rəcəb Tayyib Ərdoğan barədə sərsəm açıqlamalar verib. Onun Azərbaycanla bağlı fikirlərinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mütləq şəkildə cavab verməli idi”, – deyə Demokrat.az-a açıqlama vermişdi.
Mənbə
KAİM.az