Top.Mail.Ru

SİYASƏT

Əliyev: Bu ölkələr Xocalı soyqırımını TANIMAQ İSTƏMİR


Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Əlbəttə, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi.

Kaim.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, bizim səylərimiz və eyni zamanda, apardığımız düzgün təbliğat, təhsil, sərgilər, təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılmasında mühüm rol oynadı:

Loading...
Yazının davamı reklamdan sonra

“Əlbəttə ki, bizim başqa ölkələrlə münasibətlərimiz. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik”.

 

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button