Top.Mail.Ru

SİYASƏT

Prezidentin Rusiyaya CİDDİ MESAJI: Qarabağda ciddi hərbi əməliyyatların…


Prezident İlham Əliyevin CNN Türk verdiyi müsahibə göstərir ki, Rusiya və Ermənistan vəziyyəti gərginləşdirib. 10 Noyabr Bəyannaməsinin bir neçə bəndi və 11 Yanvar üçtərəfli razılaşmaları artıq yerinə yetirilmir.

Bu sözləri Kaim.az-a açıqlamasında politoloq Məhəmməd Əsadullazadə İlham Əliyevin CNN Türk verdiyi müsahibə haqqında danışarkən deyib. O bildirib ki, razılaşmalar pozulub və situasiya gərgin olaraq qalır:

“Rusiyanın Ermənistanı silahlandırılmamasına prezidentin qeydləri və açıq şəkildə Rusiya müdafiə nazirinin adını açıqlaması və 30 il ərzində verilən həmin silahların Bakıda sərgidə nümayiş olunmasını qeyd etməsi, Moskvaya ciddi mesaj idi. Yəni, bundan sonrada verilən həmin silahlar növbəti dəfə Bakıda sərgilənə bilər.

Loading...
Yazının davamı reklamdan sonra

Prezident Ermənistanın verdiyi mina xəritələridə həqiqəti əks etdirmədiyini vurğuladı. Göründüyü kimi, İrəvan hərfürsətdə Azərbaycana qarşıdır. Artıq bundan sonra saxlanılan erməni diversatlar Ermənistana qaytarılmaycaq”.

Politoloq bildirib ki, Rusiya Ermənistanı silahlandırılmaqla, artıq İrəvanla sülh müqaviləsinin bağlanmasına Moskva imkan verməyəcəyini göstərir:

“Daima qeyd etmişəm ki, Rusiya iki ölkə arasında sülhün əldə edilməsinə və “Zəngəzur” dəhlizinin açılmasına qarşıdır. Ümumiyyətlə, Rusiyanın nəyinə lazımdır Zəngəzur dəhlizi. Əgər, Ermənistanla sülh əldə edilsə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Rusiyanın Qarabağda mövcudluğuna ehtiyac olmayacaq. Rusiya buna gedəcəkmi?! Təbii ki, getməyəcək. Ona görə də Azərbaycan prezidenti situasiyanın gərgin olduğunu qeyd etdi və mesajlarını verdi”.

M. Əsadullazadə prezidentin müsahibə əsnasında gərgin olduğunu vurğulayıb:

“İlham Əliyev Rusiyadan açıq şəkildə inciyib. Çünki Rusiya üçtərəfli razılaşmaları yerinə yetirmir və Qarabağa Ermənistan ordusunu gətirir. Prezident ümid etdiyini qeyd etsə də, buna son verilməsi mesajını verdi.

Qeyd edim ki, ötən ay Moskvada prezident İlham Əliyev V. Putinlə görüşündən sonra vəziyyət gərginləşib. Həmin vaxtda belə bir şərh yazdım ki, Moskva görüşü nəticəsizdir və gərginliklər gözlənilir. Çünki Rusiya Azərbaycanın KTMT üzvülüyünə məcbur edir və Türkiyə ilə hərbi ittifaqa qarşıdır. Məhz Rusiya müharibədən sonra Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığa son verilməsini istəyirdi. Təbii ki, Azərbaycan buna getmədi”.

Politoloq bildirib ki, Qarabağda lokal hərbi əməliyyatlara və sərhəddə ermeni təxribatlarına qarşı ciddi hərbi əməliyyatların mümkün olduğunu bildirib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button