Top.Mail.Ru

SİYASƏT

İranlı ekspertdən İrəvana: Yoxsa vəziyyətiniz PİS OLACAQ

Ermənistan çökmüş vəziyyətdən qalxmaq üçün iqtisadi və nəqliyyat blokadasının qandallarından azad olmalıdır. Bunu onların özləri aradan qaldırmalıdır. Bu prosses regional və daha güclü dövlətlərlə qurulan danışıqlardan, xüsusilə Türkiyə, Rusiya, AB, ABŞ, Çin, İran və Azərbaycandan asılıdır.

Kaim.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri iranlı analitik Kayxan Bərzegar erməni KİV-ə müsahibəsində bildirib.

“İranın Ermənistanla bağlı proqramlarının ölkəyə yeni hakimiyyətin gəlməsi ilə dəyişməyəcəyini, Ermənistan-İran siyasi, iqtisadi, ticarət gündəminin eyniylə qalacağını xatırlatmaq artıqdır. Lakin region sürətlə dəyişir, Ermənistan başa düşür ki, indi onların marağında hər bir uzanmış yardım əlini geri çevirməmək durur. İrəvan nəqliyyat və kommunikasiya yollarının açılması prosesinə dərhal başlamalıdır. Yoxsa bu ölkənin vəziyyəti daha da pis olacaq”, – deyə iranlı ekspert qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button