SİYASƏT
Əliyev: Kəlbəcərdə heyvandarlıq BƏRPA EDİLİB – VİDEO

Heyvandarlar da Kəlbəcər yaylaqlarına qayıdıblar. Həm arıçıları, həm də heyvandarlıqla məşğul olanları biz qaytarmışıq. Artıq görürsünüz, onlar məskunlaşıblar. Qoyunları da bax burada otarırlar. Və bu ənənə də bərpa edilib. İşğaldan əvvəl heyvandarlar həmişə bura gəlirdilər.
Kaim.az xəbər verir ki, bu sözləri Kəlbəcərə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Heyvandarlar dövlət başçısını və xanımını salamlayıblar. “Heyvandarlar bizi salamlayırlar və biz də onları salamlayırıq. Xoş gəliblər öz vətənlərinə”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
Loading...
Yazının davamı reklamdan sonra
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
Mənbə
KAİM.az