Top.Mail.Ru

SİYASƏT

Lavrovdan Qarabağla bağlı yeni TƏKLİF


Rusiya XİN başçısı Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyini (ASMAP) infrastrukturun bərpa edildiyi Qarabağda işləmək imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Kaim.az  “ria.ru”ya istinadən xəbər verir ki, belə bir təkliflər Lavrov ASMAP nümayəndələri ilə görüşdə çıxış edib.

“Orada infrastrukturun və magistral yolların bərpası istiqamətində aktiv işlər gedir. Odur ki bu perspektivli ərazi ilə daha yaxından maraqlanmağınız yaxşı olardı. Fikrimcə, bunun açıq şəkildə iqtisadi faydaları olacaq. Lakin onu da deyim ki, yaxın qonşuluğumuzun bu hissəsində iqtisadi inkişafın Rusiyanın fəal iştirakı ilə davam etməsi də vacibdir”, -Lavrov qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button