Top.Mail.Ru

SİYASƏT

Ermənilərlə mübarizəmiz beynəlxalq məhkəmələrdə DAVAM EDƏCƏK – Deputat

Ermənistanla müharibə cəbhədə Azərbaycanın üstünlüyü ilə bitsə də bu mübarizə hələ də davam edir və cəhbədə olduğu kimi digər sahələrdə də Azərbaycan qələbə çalacaq.

KAİM.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonuna səfəri çərçivəsində dövlət başçısının verdiyi açıqlamalar onu deməyə əsas verir ki, Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələ beynəlxalq müstəvidə öz həllini tapacaq: “Dövlət başçısı çıxışında qeyd etdi ki, Azərbaycan erməni vandallarının tərətdiyi əməllərə görə, Azərbaycana vurulan zərərin ödənilməsinə görə beynəlxalq məhkəmələrə müraciət edəcək. Belə bir müraciətin olunması Azərbaycanın haqqıdır. Çünki, 30 ildən artıq ermənilər işğal altında olan torpaqlarda nəinki vandal siyasət həyata keçirib, eyni zamanda ekologiyaya, yeraltı və yerüstü sərvətlərimizi talan ediblər. İnfrastruktur məhz edilib. Bütün bunlar fayyət qədər əsas verir ki, Azərbaycan vandal ermənilərə qarşı məsələ qaldırsın və artıq bu istiqamətdə ciddi işlər gedir. Oxçuçayın çirkləndirilməsi ilə bağlı artıq lazımı işlər görülür. Bu yöndə beynəlxalq təşkilatlara məlumatlar verilib. Erməni vandallarının törətdiyi heç bir terror cavabsız qalmayacaq.Ya onlar təzminat ödəməyə razı olacaqlar, yada ki, beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar”.

Loading...
Yazının davamı reklamdan sonra

Deputat həmçinin Kəlbəcər və Laçında həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Bildirib ki, Kəlbəcər və Laçında enerji təminatı, yol infrastrukturunun yenidən qurulması və ümumilikdə həyata keçirilən layihələr nəinki bu rayonların inkişafında mühüm əhəmiyyət kəsb edəcək, eyni zamanda regionun canlanmasına xidmət göstərəcək: “Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu. Eyni zamanda yol və enerji infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli işlər görülür. Qısa zamanda bu ərazilər cənnətə çevriləcək və həm yerli vətəndaşlarımız, həm turistlər Azərbaycanın dilbər güşələrindən olan Kəlbəcər və Laçının təbiətindən zövq ala biləcəklər”.

İ.Yusifov bir məsələyə xüsusi diqqət yetirib. Qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Kəlbəcər və Laçının və ümumlikdə bölgənin inkişafında mühüm rol oynayacaq:

“Kəlbəcərdə yeraltı və yürüstü sərvətlərin fonunda sənaye, kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Bütün bunlar üçün əlverişli coğrafı məkan, beynəlxalq kommunikasiyanın olması şərtdir. İndiki halda Zəngəzur dəhlizinin açılması nəinki Kəlbəcər və Laçının, bötüvlükdə regionun inkişafına xidmət edəcək və böyük kommunikasiya vasitəsidir. Buna görə də Ermənistan rəhbərliyi də bu kommunikasiyadan yararlanmağı gözdən keçirməli, tarixin onlara verdiyi şansı dəyərləndirməlidirlər. Əks halda onalr yenə də beynəlxalq layihələrdən kənarda qalacaqlar. Bu isə daxildə ciddi narahatlıq yaratmaqla yanaşı, bütövlükdə Ermənistanın məhv olması deməkdir.”

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button