Top.Mail.Ru

SİYASƏT

Rusiyalı sülhməramlı: Ermənilər bizi İTTİHAM EDİRLƏR

“Telegram” kanallarından biri Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarından birinin yazıya aldığı müşahidələrini yayımlayıb.

KAİM.az trend-ə istinadən xəbər verir ki, paylaşımda Rusiya sülhməramlısı ermənilərin onlara münasibətindən və Azərbaycanın qələbəsindən sonra yaranmış vəziyyətə olan baxışından bəhs edib. Sülhməramlı bildirir ki, ermənilərin bir hissəsi onları məğlubiyyətə görə ittiham edir, digər bir hissəsi isə məsələyə fərqli yanaşır:

“Yerli sakinlər haqqında bir şey deyə bilərəm – onlar ermənilərdir … Biz isə onlar üçün çox yaxşı gəlir mənbəyiyik. Onların yaşayış səviyyəsi aşağıdır. Bizim postların yanında, mağazalar dərhal açılır. Ermənistan tərəfində müharibəyə qarışmadığımız üçün onlara xəyanət etdiyimizi düşünənlər var “.

Loading...
Yazının davamı reklamdan sonra

Ermənilərin törətdiyi təxribatlara da toxunan sülhməramlı bildirir ki, erməni tərəfinin təxribatı göz qabağındadır.

Qeyd edək ki, sülhməramlının müşahidələrinin “telegramda” kanalında yayılması qızğın müzakirələrə səbəb olub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button