Angela Merkelin Rusiyaya son səfərinin MƏQSƏDİ

Almaniyanın Rusiya əsilli politoloqu Aleksandr Rar hesab edir ki, Angela Merkel Rusiyanı “itirmiş” və “Minsk razılaşmalarını pozan” kansler kimi vəzifəsindən getmək istəmir və onun Rusiyaya səfər planı bununla bağlıdır.
Almaniya kansleri Angela Merkelin 20 avqust tarixində Rusiyaya səfər etməsi planlaşdırılır və bu səfər çox güman ki, onun bu statusda Moskvaya son səfəri olacaq.
Belə ki, sentyabr ayında Almaniya Bundestaqına keçirilən seçkilərdə Merkel iştirak etməyəcək.
Rar, “Russia Today” xəbər agentliyinin təşkil etdiyi konfransda bildirib ki,
Xanım Merkel Rusiya ilə münasibətlərdə bir qədər pozitiv olaraq kanslerliyini bitirmək istəyir. Rusiyanı itirən kansler kimi tarixə düşmək istəmir.
O həmçinin qeyd edib ki,
Əfqanıstandakı vəziyyət və bununla əlaqədar miqrasiya məsələləri nəzərə alınmaqla Berlin Moskvasız hərəkət edə bilməz, iki lider arasındakı söhbət də bu istiqamətdə strateji xarakter daşıyacaq.
Rar-ın sözlərinə görə, başqa bir mövzu da Ukraynanın şərqindəki vəziyyətin həlli məsələsi olacaq.
Merkel Ukraynadakı vəziyyətin həllində “əsas vasitəçi” vəzifəsini üzərinə götürən və bu işdə uğursuz olan bir şəxs kimi də tarixə adını yazmaq istəmir.
O, 22 avqustda Kiyevə getməzdən əvvəl Rusiya rəhbərliyi ilə məsləhətləşmələr aparmaq istəyir.
Səfər zamanı müzakirə ediləcək məsələlər arasında iqtisadiyyat, enerji, təhlükəsizlik və aktual beynəlxalq problemlər də var.
Ramin Camal
Mənbə
KAİM.az