Top.Mail.Ru

SİYASƏT

Putin və Makron Qarabağı MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Əfqanıstanda sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər. Telefon danışığı zamanı Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Həmçinin bildirilib ki, Makronun xahişi ilə Putin onu Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.

Regionda ümumilikdə vəziyyətin stabil olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımların atıldığı qeyd olunub.

Putin və Makron ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button