Top.Mail.Ru

SİYASƏT

Əhməd Məsud xalqı Talibana qarşı savaşa çağırır – Əfqanıstanda GƏRGİNLİK ARTIR

Əhməd Şah Məsudun 34 yaşlı oğlu Əhməd Məsud “Pancşir Dirəniş Qrupu”na rəhbərlik edir.

O, xalqı Talibana qarşı savaşa çağırır. Atası, Əfqanıstanın şimalındakı Pəncşir vadisində tacik əsilli, sünni təriqətinə mənsub olan Əhməd Şah Məsud, 1979-1989-cu illər arasında Sovet işğalına qarşı müqavimət göstərən səhra komandiri olub.

Bu sözləri KAİM.az-a AMEA-nın dissertantı Ramil Allahverdiyev deyib. O bildirib ki, Əhməd Şah Məsud sonralar ölkədə Bürhanəddin Rəbbaninin başçılıq etdiyi yeni hakimiyyətdə müdafiə naziri təyin edilib:

Loading...
Yazının davamı reklamdan sonra

“Şah Məsud məhz müdafiə naziri olduğu həmin dövrdə Ermənistanla müharibə aparan Azərbaycana da köməklik təklifi edib. Əfqanıstanda nisbi sakitliyin hökm sürdüyü qısamüddətli dövrdə Məsud, rəsmi Bakının nümayəndələrinə “gərəkərsə Qarabağda döyüşməyə hərbi qüvvə göndərə bilərik” deyə müraciət edib. 1996-cı ildə Talibanın yüksəlişindən sonra onların İslami fundamentalist şərhini rədd edən Əhməd Şah Məsud, 2000-ci ilə qədər ölkənin 10 faizini nəzarətdə saxlayan Əfqanıstan Şimal Alyansın Qurtuluşu üçün “Birləşmiş İslam Cəbhəsi” nin hərbi və siyasi lideri kimi, tacik, özbək və başqa həzaraların dəstəyi ilə Talibanın şimala doğru irəliləməsinin qarşısını qətiyyətlə almıb. O, 9 sentyabr 2001-ci ildə Əl-Qaidə və Talibanın təşəbbüsü ilə öldürülüb.

İki gün sonra isə ABŞ-da 11 sentyabr hücumları baş verdi və nəticədə NATO məhz Məsudun qüvvələri ilə birləşərək Əfqanıstana hücum etdi. Nəhayət, onun qüvvələri 2001-ci ilin dekabrında iki ay davam edən müharibədə qalib gələrək Talibanı hakimiyyətdən uzaqlaşdırdı. 2000-ci ildə Strasburqa dəvət edilən və Avropa Birliyindən iqtisadi, siyasi, hərbi dəstək alan Məsuda, Rusiya da hərbi yardımlar göstərdi. Xarici mətbuatda Əhməd Şah Məsudun oğlunun Talibana qarşı yeni mübarizə çağırışına Fransadan da dəstəyin gəldiyi bildirilir və atasına məxsus mübarizə əzmi alqışlanlır”.

Fotoğrafı Aç

Ramin Camal

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button