Top.Mail.Ru

SİYASƏT

Azərbaycan səfiri ABŞ-da görüşlər keçirib, ERMƏNİ İSƏ…

Ermənistanın ABŞ-dakı yeni səfiri Lilit Makunts erməni icması ilə heç bir görüş təşkil etməyib.

KAİM.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı erməni politoloq Suren Sərkisyan yayıb.

“Ermənistan və Azərbaycan təxminən eyni zamanda ABŞ-a yeni səfirlər göndərib. Azərbaycan səfiri hətta öz imicini belə dəyişib. Azərbaycanın Ankaradakı keçmiş səfiri artıq Vaşinqtonda akreditiya olunmuş onlarla səfirlə və digər xadimlərlə görüş keçirib. Səfir Xəzər İbrahim Vaşinqtonla çox yaxşı tanışdır. O, ABŞ-da işləyib və təhsil alıb. O, diplomatiya ağır çəkililərdən biridir və aydındır ki, Ankara və ya Vaşinqtona hər kəsi səfir təyin etmirlər. İndi İbrahim ABŞ-a gəlib və bizə qarşı türk lobbistlərlə aktiv işləyəcək. O həmçinin ABŞ-dakı Azərbaycan icmasının potensialının səfərbərliyi üçün görüşlər keçirməyə başlayır.

Loading...
Yazının davamı reklamdan sonra

Bizim Vaşinqtondakı yeni səfirimiz isə cəmi bir görüş keçirib, eləcə də sosial şəbəkələrdə səfirliyin səhifələrində şərh bölümünü qapadıb. Səfir Lilit Makunts icmaya müraciətlə çıxış etməyib, ABŞ-ın müxtəlif şəhərlərindəki erməni icması ilə heç bir görüş təşkil etməyib” – deyə o bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button