Top.Mail.Ru

bannerSİYASƏT

Fransanın işğalçı ermənistan sevdası – Paşinyanla oynaşan Makronun milli-irqi, dini ayrı-seçkiliyinin ŞOK DETALLARI

 Bu günlər Fransa beynəlxalq hüquq tanımadığını əməli fəaliyyəti ilə sübut edir.

Belə ki, Əlcəzairdə törətdiyi soyqırımın cəzasını almayan rəsmi Paris, işğalçı ermənistana himayədarlıq etməklə öz xislətini açıq – aydın göstərir. Dünya birliyinin bu hüquqsuzluğa susması ümumiyyətlə, başa düşülən deyil. Eyni zamanda Fransanın üzv olduğu Avropa birliyinin əsas qayələrindən biri insan hüquq və azadlığıdır. İşğalçı ermənistanın Azərbaycan respublikası ərazisində, həmçinin tarixi məskunlaşdığı ermənistan ərazisində Azərbaycanlılara qarşı törədilmiş qeyri-insani əməlləri məgər, Paris görmür? Bilmir? Əlbəttə, görür və bilir. Susmasının və himayədarlığının səbəbi eyni xislətdə olduqlarından irəli gəlir. Makronun rəhbərlik etdiyi “demokratiya” beşiyi olan Fransada bu gün islam dini təhqir olunur, şğalçı ölkə dəstəklənir.

Bu faktlar özü özlüyündə Makronun Avropada Hitlerin davamçısı olduğunu deməyimizə əsas verir. Faşizmin buynuzu olmur. Faşist digər ölkələrin ərazisini işğal edir, qətillər törədir, milli, dini – irqi ayrı – seçkilik aparır. Necə ki, bu gün Fransa və ermənistan bunu edir. Hər kəs çox gözəl bilir ki, işğalçı ermənistan himayədarsız Azərbaycan qarşısında duruş gətirə bilməz. Ermənistana işğalçılıq dərsini keçən Fransa Azərbaycanı haqsızlıqda suçlayır.

Loading...
Yazının davamı reklamdan sonra

Fransız hökumətinin haqsızlığı bununla bitmir. Tarixən olmayan yalançı erməni soyqırımını tanıyaraq, Türkiyəyə qarşı istifadə etməsi gülüş doğurur. Gəlin, Türk dövlətinin arxiflərini açaq, baxaq görək kim kimi soyqırıma məruz qoyub, – deməsinə baxmayaraq, dünya susur. Ermənistan imperalizmin laboratoriyasıdır. İmperialist güclər bu laboratoriyada təcrübələr apararaq dünyanın müxtəlif nöqtələrində tətbiq edirlər. Bu laborator ölkə sərhəd olduğu dörd ölkədən üçünə ərazi iddiasındadır. Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiasında olan ermənistan region və dünya üçün təhlükə mənbəyidir.

Xülya ilə yaşayan ermənistanın ən böyük lobbi dairələri Amerika, Fransa və Rusiyada yerləşir. Bu baxımdan adları çəkilmiş ölkələrin erməni faşizminə susması və himayədarlığı, dünyada ədalətin deyil, gücün yanında durduğuna işarə etməklə yanaşı, imperalizmin mənbəyini dünyaya göstərir. Ermənistandan istifadə edərək Azərbaycana qarşı təcavüz siyasəti aparan ölkələr həmçinin, bu siyasəti Türkiyəyə qarşı aparırlar. Belə ki, ermənistanın coğrafi mövqeyinə baxanda, bir daha bizə aydın olur ki, tarixi Azərbycan torpaqlarında yaradılmış bu laboratoriya ölkəsi türk dünyasını parçalamaq üçün imperalist güclər tərəfindən yaradılıb. Başda Fransa, Rusya və İran olmaqla, ermenistanda xüsusi nüfuza sahib olan ölkələrin hər birinin ayrı-ayrılıqda türk birliyindən qorxusu var. Bu qorxunun yaranma səbəbi tarixən türkə qarşı aparılmış haqsızlığdır. Lakin bu “şər üçbucağı” unudur ki, qorxunun əcələ faydası yoxdur. İşğalçı ermənistanı kimin oynatmasından aslı olmayaraq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Zəfər Azərbaycanındır!

Qarabağ Azərbaycandır !

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button