Top.Mail.Ru

SİYASƏT

Əfqanıstanda terrorla mübarizə MÜZAKİRƏ EDİLDİ


G7 liderlərinin virtual görüşündə Əfqanıstanla bağlı müzakirələr aparılıb.

Kaim.az Rusiya mətbuatına istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, virtual toplantıda Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması məsələləri müzakirə edilib.

“G7 liderləri ilə Əfqanıstan mövzusunda mühüm bir müzakirə oldu. NATO təxliyəni təmin etmək üçün koordinasiyasını davam etdirir. Terror qruplarının Əfqanıstanda sərbəst şəkildə fəaliyyətinin qarşısını almalıyıq”, – Stoltenberq deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Avropa Şurasının rəhbəri isə görüşdə bildirib ki, G7 koalisiya dövlətlərinin vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılmasına üstünlük verir və “Taliban”ı hava limanına girişi təmin etməyə çağırır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button