Top.Mail.Ru

SİYASƏT

Laçın və Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA

Zəngəzur dəhlizinin açılması bizim üçün prinsipial olaraq vacib məsələdir.

Kaim.az xəbər verir ki, bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Hiss edirəm ki, Azərbaycan tərəfindən güclü təzyiq var. Bunun nəticəsidir ki, Rusiya mətbuatında Azərbaycana qarşı güclü təxribatlar baş verir. Yəni ermənipərəst qüvvələr bəyanatlar verirlər və s. Hələlik Azərbaycan tərəfindən təzyiq güclənməkdədir. Azərbaycan israrlıdır ki, yuxarıda deyilən məsələ (Zəngəzur dəhlizi) öz həllini tapsın. Dəhlizin açılması bizim üçün prinsipial olaraq vacib məsələdir. Ermənilər bundan imtina etsələr, hesab edirəm ki, Laçın dəhlizinin vaxtından əvvəl geri alınması məsələsi gündəmə gələcək. Dediyim kimi, Laçın dəhlizi müddətli, Zəngəzur isə müddətsizdir. Yəni biz bu müddətdən əvvəl Laçın dəhlizinə nəzarətimizi bərpa edə bilərik”.

Loading...
Yazının davamı reklamdan sonra

O, Paşinyanın sülhlə bağlı açıqlamaları haqında da danışıb:

“Mənə elə gəlir ki, Paşinyanın açıqlamasını düzgün şəkildə qiymətləndirilmir. Paşinyan deyir ki, Zəngəzur dəhlizi ola bilməz. “Dəhliz” terminini belə başa düşməliyik ki, bu, eksteriotal bir bağlantıdır – kommunikasiyadır. Yəni bu kommunikasiyada bu və ya digər bir ölkənin yurisdikasiyası qismən də olsa mövcud deyil. Sadə dillə desək, qanunların bir hissəsi işləmir. 10 noyabr bəyanatında iki belə dəhliz nəzərdə tutulur. Bunlardan biri Laçın dəhlizidir. Azərbaycan eksteriotal olaraq 5 il müddətinə belə bir dəhlizi verib. Hazırda ora nəzarəti de-fakto Rusiya sülhməramlıları həyata keçirir. Belə bir xətt “dəhliz” ifadəsi işlədilmədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəzərdə tutulur. Biz bunu “Zəngəzur dəhlizi” adlandırırıq. Amma termin olaraq, “dəhliz” ifadəsi işlədilmir, de-fakto isə eksteriotal dəhlizdir.

İlk növbədə qeyd edək ki, bu dəhlizin istifadə müddəti göstərilmir. Yəni bu, müddətsiz bir dəhliz olmalıdır. Onun dəhliz xüsusiyyəti bundan bilinir ki, ora nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcək. Bu da sənəddə göstərilib. Paşinyan isə deyir ki, bu, dəhliz deyil, sadəcə olaraq kommunikasiyadır. Bu yalandır. O, təkrarən öz öhdəliklərindən qaçmağa çalışır. Çünki 10 noyabr bəyanatına əsasən, bizə dəhliz verilməlidir. Buna görə də düşünürəm ki, Paşinyanın çıxışı bizim tərəfdən düzgün təhlil olunmur. Biz məsələni olduğu kimi görməliyik. O, faktiki olaraq, 10 noyabr bəyanatının icrasından imtina edir. Məsələ belədir”. //AZADİNFO.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button