Top.Mail.Ru
SİYASƏT

Rusiyanın saytı Azərbaycanla bağlı səhvini DÜZƏLTDİ


Rusiya Federasiyasının dövlət satınalma üzrə rəsmi saytında “Dağlıq Qarabağ Respublikası” göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

 
Kaim.az Report-a istinadən xəbər verir ki, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

 
 
Həmçinin, “Müqavilənin şərtləri” bölməsində təyinat kimi Azərbaycan respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan “Dağlıq Qarabağ Respublikası” qeyd olunmuşdu.
 

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button