Top.Mail.Ru

bannerSİYASƏT

SON DƏQİQƏ:İlham Əliyevin bu tələbi Ermənistanı qarşıdırdı

Qarabağ savaşında Azərbaycana vurduğu mənəvi və maddi ziyana görə rəsmi Bakının İərvandan təzminat tələb etməsi Ermənistan Baş naziri Nikol Paşinyanı xəyanətdə ittiham edən müxalifətin əlinə əlavə arqument verib.

İnterpress.az xəbər verir ki, müxalif “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Manukyan bu məsələ ilə bağlı hakim “Mənim Addımım” parlament fraksiyasının deputatlarından izahat tələb edib.

“Hakim “Mənim Addımım” blokundan olan deputatlar “Facebook” vasitəsilə parlamentə gəlməyəcəklərini və imzalanmış sənədin (Qarabağla bağlı sənəd nəzərdə tutulur – red) qanunauyğunluğunu, vəziyyətdən çıxış yollarını müzakirə etməyəcəklərini bildiriblər. Buna görə də dövlətimiz üçün vacib olan bəzi məsələlərə onların sevimli platformasında aydınlıq gətirməyə çalışacağıq.

Loading...
Yazının davamı reklamdan sonra

Hörmətli “Mənim Addımım”dan olan deputatlar, Əliyev bu gün bildirdi ki, Bakı Ermənistanın illər ərzində etdiyi hərəkətlər nəticəsində Azərbaycana vurduğu mənəvi və maddi ziyanı qiymətləndirəcək və ondan təzminat tələb edəcək.

Beləliklə, Əliyev, əslində, bizi vətəndən məhrum etməklə yanaşı borcla da yükləmək  istəyir. “Facebook” vasitəsilə xahiş edirik ki, aydınlıq gətirilsin, Əliyevlə həqiqətən belə bir müzakirə olubmu? Bu addım Baş nazir ilə razılaşdırılıbmı?”, – deyə Manukyan bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button