Top.Mail.Ru
SİYASƏT

Dünya siyasətində TARİXİ ADDIM: NATO AUKUS hərbi alyansı ilə ƏVƏZLƏNİR? – AÇIQLAMA

Fransa bir müddət əvvəl Avstraliyaya nüvə başlıqları daşıya bilən sualtı qayıqların satılması və təmiri haqqında 66 milyard dollarlıq razılıq əldə etmişdi. ABŞ-ın və Böyük Britaniyanın müdaxiləsi ilə rəsmi Kamberra müqavilədən çıxdığını bəyan edib. Və əlbəttə ki, bu Fransanı özündən çıxarıb. Fransa dərhal Kamberra və Londindakı səfirlərini məsləhətləşmələr üçün Parisə çağırıb.

Bu barədə KAİM.az-a siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev açıqlama verib.

Ekspertin sözlərinə görə, ABŞ, Britaniya və Avstraliya öz aralarında AUKUS adlı hərbi alyans yaratmaq istəyir. Bayden və Conson hökuməti isə deyir ki, madam Avstraliya ilə AUKUS adlı ittifaq yaradacağıq, o zaman gəmini də biz satmalıyıq. Üstəlik, Kanada və Yeni Zellandiya da daxil mənəvi nənəsi kraliça Elizaveta olan ingilisdilli ölkələrik, xeyir də öz aramızda qalmalıdır. Yəni, Bukinqem sarayının dediyi olmalıdır.

Ümumiyyətlə, Fransa prezidenti Emanuel Makron bir müddətdir deyir ki, NATO infarkt keçirib və Avropa İttifaqı öz hərbi alyansını yaratmalıdır. Bu, fikir ABŞ-ın xoşuna gələ bilməz. NATO-nun əvəzinə Aİ-in öz ordusu ideyası rəsmi Vaşinqtona sataşmaqdır. Makron ən azından istəyir ki, NATO öz konsepsiyasını dəyişsin. Keçmiş Fransa prezidenti Şarl De Qolun vaxtında Fransa hətta NATO-nun hərbi qanadından çıxmışdı.

Yeri gəlmişkən, Fransa İsveçrəyə “Rafael” qırıcılarını satmaq istəyirdi. ABŞ dərhal İsveçrəyə F-35 təklif etdi. ABŞ dedi ki, sən öz qırıcılarını ən yaxşı halda Yunanıstana sata bilərsən.

Kamal Əliyev Fransanın Afrika siyasətinə də toxunub:

“Fransanın Afrikada da işləri hamar getmir. Afrikada hazırda Çin və Türkiyə kimi yeni oyunçular peyda olub. Əslində, Afrika müstəmləkə zamanından Fransa üçün pul qaynağıdır – ildə 500 milyon avro. Afrikada Rusiyanı da görmək olar. Makron hökuməti çətin vəziyyətdə qalıb. Xarici siyasətdə artan siyasi təzyiqlər, daxildə də Le Penin hakimiyyət iddiaları.”

Ekspertin fikrincə Fransa istəsə də, istəməsə də kontinental Avropanın təhlükəsizliyinin qarantı NATO-dur. NATO isə elə ABŞ-ın özü deməkdir. Şimali Atlantika alyansı qitə Avropanı Rusiyanın aqresiyasından qoruyan etibarlı çətirdir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button