Top.Mail.Ru
SİYASƏT

Rusiyada seçki SAXTAKARLIĞI: Kremlin süqutunu sürətləndirən NƏTİCƏLƏR AÇIQLANDI – ŞƏRH

Rusiyada parlament seçkiləri bitdi, artıq nəticələr də aşağı-yuxarı bəllidir. Vladimir Vladimiroviçin Vahid Rusiya partiyası demək olar ki, Dumadakı deputat yerlərinin yarıdan çoxunu əldə edib. Hələ ki, seçki bülletenlərinin 71%-sayılıb və Putinin partiyası 49% səs toplayıb.

Hakim Vahid Rusiya partiyasının ən yaxın “rəqibi” Gennadi Züqanovun Kommunist partiyası 20,25%, ultramillətçi Jirinovskinin LDPR-i 7,68% və Putinin yeni yaratdığı peyk partiyaları Həqiqi Rusiya 7,42%, Yeni Partiya isə 5,53% səs qazanıb.

Rusiya parlamentinin aşağı palatası olan Dumada 5 siyasi partiya təmsilçilik hüququ qazanıb.

Hakim partiya proporsianal seçki siyahısı üzrə 120, majoritar qaydada isə 195 mandat qazanıb. Bu isə Putinin partiyasının 315 mandata sahib olması deməkdir.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev KAİM.az-a seçki nəticələrini şərh edərkən bildirib ki, yerdə qalan 135 mandat yoldaş Putin sistem partiyalarının arasında paylaşılacaq.

Ekspertin sözlərinə görə, nəticələr növbəti dəfə Putinin xəyalında olan konstitusiya dəyişikləri üçün imkanlar yaradır. Çünki, Aleksey Navalnıy və tərəfdarları seçkiyə buraxılmadı. Əgər Navalnıyın şəbəkəsi seçkidə iştirak etsəydi, Moskva və Sankt-Peterburq kimi şəhərlərdə daha liberal düşüncəli, daha təhsilli rus seçicisi Putinin partiyasına (Smart Voting) və digər sistem partiyalarına daha az etimad göstərəcəkdi. Putinin Çeçenistandakı ərköyün “uşağı” Ramzan Kadırov isə 100%(?) nəticə göstərib. Elə ən dəhşətli seçki saxtakarlığı da İçkeriyada baş verib.

Kamal Əliyev Rusiyanın qarşıdakı 5 ildə yaşayacağı günlər barədə danışarkən bildirib ki, cari Dumada Vahid Rusiya partiyasının 334 mandatı var. 2016-cı ildəki seçkidə isə Putinin partiyası 54% səs qazanmışdı. Çar Putin bu dəfə də rus xalqının gələcəyindən növbəti beş ili oğurladı. Qarşıdakı beş ildə də Rusiyada iqtisadi tənəzzül, siyasi repressiyalar, post-sovet məkanındakı proseslərə yersiz müdaxilələr davam edəcək.

Növbəti beş ildə Putin rejimi Yuxarı Qarabağ ətrafındakı proseslərə “istiqamət” verməkdə davam edəcək və başlıcası hər vəchlə Azərbaycan-Türkiyə-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına,regional kommunikasiya xəttlərinin açılmasına əngəl yaradacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button