Top.Mail.Ru

bannerSİYASƏT

RUSLAR XANKƏNDİNDƏ, TÜRKİYƏ HƏRBÇİLƏRİ İSƏ ARTIQ ŞUŞADA – gərginlik artdı

Rusiya sülhməramlıları Xankəndində olduğu üçün Türkiyə hərbçiləri Şuşada yerləşəcək. Amma təbii ki, Türkiyə bayraqlı hərbi maşınları bütün Qarabağda görə biləcəyik. Beləliklə, Türkiyə Böyük Millət Məclisinin noyabrın 17-də verdiyi rəsmi qərarla Türkiyə hərbçilərinin Qarabağda rolu artıq rəsmiləşdi.

Türkiyə Prezident Administrasiyasından Türkiyə parlamentinə təqdim olunan və təsdiqlənən qanun layihəsindən də görünür ki, Türkiyənin Azərbaycana göndərməyi planlaşdırdığı heyət sadəcə Ortaq Monitorinq Mərkəzində fəaliyyət göstərəcək kiçik hərbi və mülki heyətdən ibarət olmayacaq. Azərbaycana gələcək Türkiyə əsgərlərinin sayını və konkret məqsəd və hədəflərini də yalnız Prezident Ərdoğan müəyyənləşdirəcək.

 

Loading...
Yazının davamı reklamdan sonra

Rusiya müəyyən şəkildə burada Azərbaycana istədiyini qəbul etdirə bilməyəcək. Həmçinin bu onu göstərəcək ki, burada nə Abxaziya, nə də Cənubi Osetiya presedenti olmayacaq. Türkiyə diplomatik müstəvidə ərazi bütövlüyü sənədlərində həlledici maraqlarımızı axıra kimi bizimlə qoruyacaq”.   (azpolitika)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button