Top.Mail.Ru
SİYASƏT

MERKELDƏN QARABAĞLA BAĞLI KRİTİK AÇIQLAMA -TÜRKİYƏ MASA MÜZAKİRƏSİNDƏ

Avropa İttifaqının Liderlər Sammitində Türkiyə mövzusu müzakirə ediləcək.

KAİM.AZ xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel açıqlama verib.

“Dekabrın 10-da keçiriləcək Avropa İttifaqının Liderlər Sammitində Türkiyə mövzusu müzakirə ediləcək, bununla bağlı razılaşdıq. O vaxta qədər təbii ki, hadisələrin inkişafına baxmalı və sonra qərar verməliyik, bu gün heç nə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, hazırda işlər istədiyimiz kimi getmir”, – Merkel bildirib.

Kansler Türkiyə ilə bağlı hansı məsələlərin müzakirə predmeti olacağını açıqlamasa da, sammitdə bu ölkənin Aralıq dənizin şərqi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fəaliyyətlərinə toxunulacağı ehtimal edilir.

Kənan Ağaliyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button