Top.Mail.Ru

SİYASƏT

Lavrovun İrəvana səfər səbəblərini Erməni KİVləri belə tirajladı – KTMT ARTIQ YOXDUR

Lavrov İrəvana Paşinyan və Sərkisyandan kapitulyasiyanı şəxsən qəbul etmək üçün gəlmişdi.

Bu iddia ilə “Lragir.am” saytı çıxış edib.

“Moskvada müharibə məsuliyyətinin ermənilərin üzərinə atılması haqqında təbliğatlar davam edir. Şəxsən Prezident Putin artıq bir neçə dəfə Ermənistanı qınayıb ki, ermənilərin Qarabağı tanımamasına görə o, Qarabağı Azərbaycan ərazisi sayır, KTMT isə buranı məsuliyyət zonası saymadığı üçün kömək edə bilməyib. “Qarabağ prezidentinin müşaviri” vəzifəsini tutan şəxs isə deyir ki, Qarabağın beynəlxalq aləm tərəfindən tanınması Rusiyanın maraqlarına ziddir və ona qarşı sui-qəsddir. Böyük ehtimalla Moskva Türkiyə ilə birgə sentyabr müharibəsini reallaşdırıb ki, Lavrov planını həyata keçirsin”, – deyə məqalədə iddia edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Sayt, həmçinin Moskvanın bunun vasitəsilə Ermənistana Ankara ilə birbaşa dialoq başlatmaqdan başqa şans qoymadığını bildirib.

Məqalədə qeyd edilib ki, son müharibədən sonra Ermənistan üçün KTMT artıq yoxdur.

Ağaliyev Kənan

KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button