Top.Mail.Ru

SİYASƏT

ABŞ Azərbaycanın müharibə taktikası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ: Çin və Rusiya… – General DETALLARI AÇDI – VİDEO

Video əlavə olunub.

xxx

Loading...
Yazının davamı reklamdan sonra

ABŞ ordusunun komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənməyə başlayıb.

Bu haqda “Breaking Defense” nəşri yazır. Bildirilir ki, Qarabağda kəşfiyyat və zərbə pilotsuz aparatlarının ənənəvi qüvvələrlə, yəni tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqi yeni təcrübədir.

Birləşmiş Ştatların Gələcəyin Ordusu Komandanlığından (Army Futures Command-AFC) yüksək rütbəli general anonimlik şərti ilə bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir. Army Futures Command ABŞ ordusunun modernizasiyasına, gələcəyin döyüş sistemlərinin hazırlanmasına rəhbərlik edən strukturdur və 2018-ci ildə yaradılıb.

General deyib ki, Dağlıq Qarabağda Azərbaycan ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün nəinki kəşfiyyat, eləcə də zərbə pilotsuz təyyarələrindən, habelə “kamikadze-dronlardan” kütləvi şəkildə istifadə edib. Bu taktika Azərbaycan ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin. Və ola bilsin gələcəkdə Çin və ya Rusiya ordusu da ABŞ-a qarşı müharibədə buna bənzər taktikadan istifadə edəcək. Ona görə də ABŞ ordusu indidən bu cür regional münaqişələrin təcrübəsini öyrənməlidir. (virtualaz.org)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button