Top.Mail.Ru
bannerSİYASƏT

SON DƏQİQƏ! Gürcüstan QƏRARINI AÇIQLADI – Azərbaycan və Türkiyənin TƏKLİFİ QƏBUL EDİLDİ

“Rusiya ilə mövcud fikir ayrılıqlarına baxmayaraq, Gürcüstan hansısa formada “3+3” formatında təmsil olunmalıdır”.

KAİM.az xəbər verir ki, bunu Gürcüstan Xarici işlər naziri David Zalkaliani deyib.

“Əlbəttə, ərazilərin (Abxaziya və Cənubi Osetiya) işğaldan azad edilmədiyi şəraitdə bu format və bəzi infrastruktur layihələrini müzakirə etmək çox çətindir. Amma bu mövqe haqqında ictimaiyyəti məlumatlandırmaq istəyirəm: bu cür böyük geosiyasi layihələrdə ən azından hansısa formada təmsil olunmalıyıq”.

“Altılıq” formatı İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülüb. Format bölgə dövlətlərinin regional əməkdaşlığı üçün nəzərdə tutulub. Rusiya, Azərbaycan, Türkiyə və Ermənistanın razı olduğu formata İran və Gürcüstanın da qatılacağı ehtimal edilirdi.

Rusiya faktorunu əsas tutaraq buna əvvəlcə etiraz edən Gürcüstan öz mövqeyini tədricən yumşaltmağa başlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button