Top.Mail.Ru

SİYASƏT

Fransa ilə bütün əlaqələr kəsilir ? – MİNSK QRUPUNUN LƏĞVİ

“Azərbaycanın Parisdəki səfiri geri çağrılmalı, nsanlarımız isə Fransa mallarını boykot etməlidirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransa Senatının qəbul etdiyi hökuməti ermənilərin Qarabağdakı qondarma rejimini tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinə münasibət bildirən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Araz Əlizadənin fikrincə, erməni separatizmini açış şəkildə müdafiə edən Fransanı həmsədr olduğu ATƏT-in Minsk Qrupu ləğv edilməlidir:

Loading...
Yazının davamı reklamdan sonra

“Qarabağ artıq işğaldan azad edildiyi üçün Minsk Qrupu ləğv edilməlidir. Bu fəaliyyətsiz quruma heç bir ehtiyac qalmayıb.

İkincisi, Fransa bu addımı ilə göstərdi ki, otuz ildir, onun məqsədi Qarabağ münaqişəsinin ədalətli həlli yox, ermənilərin xeyrinə iş görmək və status-kvonu qoruyub saxlamaq olub.

Bundan başqa, Azərbaycan cavab addımı kimi, Parisdəki səfirini geri çağırmalı, insanlarımız isə Fransa mallarını boykot etməlidirlər.

Bununla da Franaya göstərək ki, əleyhimizə çıxaraq, bizdən pul qazanmaq mümkün deyil”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button