Top.Mail.Ru
bannerSİYASƏT

ABŞ-ın Qarabağ SİYASƏTİ: Vaşinqtonun Ermənistandakı səfirinin QORXULU SAYIQLAMALARI

Eyni və ya buna bənzər mövqeyi ABŞ Qarabağla bağlı siyasətində də göstərir- Vaşinqtonun Ermənistandakı səfirinin sayıqlamalarına diqqət etmək kifayətdir…

2014 -cü ildə Kiyevdəki Maydanda  şirin çörək paylaması ilə məşhur olan ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiyaya bu həftə gerçəkləşən səfərində müzakirə edilən məsələlər mediadan sirr kimi saxlanılır. Məlumdur ki,  Nulandın Rusiyaya girişi qadağan idi. Amma amerikalıların danışıqlar üçün Moskvaya gəlmək istəyi o qədər mühüm oldu idi ki, Rusiya Federasiyasının bəzi vətəndaşlarını “qara siyahı”dan çıxarmağa razı oldular. Nuland da bu bazarlığın sayəsində Rusiyaya gələ bildi.

Amma bu görüşdə nələr müzakirə edildi, bu barədə mediaya heç bir məlumat sızmadı. Danışıqları tərk edərkən jurnalistlərin suallarına xanım Nuland “görüş çox məhsuldar” cavabını verməklə kifayətləndi.

Loading...

Rusiya tərəfdən danışıq aparanlardan biri, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak məxfilik pərdəsini azca aralamış oldu. Kozak məlumdur ki, Donbasdakı danışıqlarda Kremli təmsil edir. Kozak deyib ki, ABŞ-ın mövqeyi belədir ki, Donbasın xüsusi statusunu razılaşdırmadan münaqişənin həll yolunda əhəmiyyətli irəliləyiş əldə etmək mümkün deyil. Bu açıqlamanın nə qədər gerçək olduğunu söyləmək çətindir, amma məlumdur ki, Ukrayna Donbasın Rusiya ilə sərhədini nəzarətə götürmək istəyir və  qətiyyətlə hər hansı statusun əleyhinə çıxır.

Vaşinqton yalnız sözdə həqiqət çarçısıdır, bağlı qapılar arxasında o da elə işğalçı siyasətə meylli Ermənistanın bir tayıdır…

Rusiyanın Kremlə yaxın mediası Kozakın açıqlamasından çıxış edərək Nulandın az qala Ukraynaya “xəyanət kimi razılığa” gəldiyini iddia edir.

ABŞ-ın  bu tip münaqişələrdə yaralı barmağa dərman olmadığı məlumdur. O səbəbdən mümkündür ki, Ukraynanı da gec-tez bu cür anlaşmaya məcbur etsin. Bunun üçün ABŞ-ın Ukraynaya ciddi təsir alətləri də var. ABŞ-ın hərbi və maddi yardımı olmadan Kiyevin Rusiya kimi qəzəbli düşmənin qarşısında tab gətirməyi çətin olar. Co Bayden ailəsinin Ukraynaya biznes əlaqələri bağladığı da sirr deyil. Vaşinqton yalnız sözdə həqiqət çarçısıdır, bağlı qapılar arxasında o da elə işğalçı siyasətə meylli Ermənistanın bir tayıdır…O səbəbdən Nulandın Moskvada belə bir bazarlığa oturması mümkündür. Ukrayna böhranı ABŞ-ın boğazında udulmayan tikədir. Nə bundan arzuladıqları kimi faydalana bilirlər, nə Ukraynanın dərdinə dərman ola… O səbəbdən Kiyevin etirazlarına baxmayaraq, “xüsusi status” indi Vaşinqtona da, Rusiyaya da çıxış yolu kimi görünə bilər.

Eyni və ya buna bənzər mövqeyi ABŞ Qarabağla bağlı siyasətində də göstərir. Bunu hələ ki, rəsmi olaraq dilə gətirmirlər, amma ABŞ-ın Ermənistandakı səfirinin sayıqlamalarına diqqət etmək kifayətdir. Erməniyanlı səfir hər açıqlamasında Qarabağdakı bir ovuc köçmən erməniyə “statusdan” danışır. ABŞ-ın Bakıdakı səfirliyi hələ ki, korrekt davranmağa çalışır, amma həm də “özünə qapılıb”, işğaldan azad rayonlara diplomatların səfərlərində birmənalı olaraq yüksək səviyyədə təmsil olunmurlar.

Qarınlarının ağrısı məlumdur. Status. Müharibədən əvvəl bunu haradasa anlamaq olardı, uduzmuş tərəf biz idik, Qarabağın ətrafı da işğalda saxlanılırdı. Amma indi dəyişən çox şey var- nə Ermənistan, nə Xankəndi Bakı ilə tələb dilində danışa bilər. Buna ara sözü ilə desək, “duxları” yoxdur. Amma Fransa, Amerika ağızı-ağıza verib hansısa mifik statusdan danışırlar axı… Həm də tək bu ölkələr deyil, bəzi anti-Azərbaycan təşkilatları da bu sərsəmləmələrə  dəstək verirlər. Əlbəttə, Prezident Əliyev cavablarını verir, “canınız yanırsa aparın öz ölkənizdə, ya da ölkənizdə yaşayan erməni çoxluğuna status verin” deyir. Qəşəng və məntiqli cavabdır. Amma belə görünür ki, söz bunlara təsir etmir.

Ermənistanın da gözləntisi var. İstəyirlər ki, sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanmasına Qarabağ şərtini də qoşsunlar. Buna çox arxayındılar. Ona görə nə yolla olursa-olsun köçmən ermənilərin bizim torpaqlardan qaçıb getməməsinə  çalışırlar. İndi Ermənistan rəhbərliyinin də, Qarabağdakı oyuncaq adamlarının da, erməni fondlarının da yeganə çalışdıqları onların dağılışmamasıdır. Sayları azdır, amma istəyirlər ki, heç olmasa o 20-30 minlik ermənini orada saxlasınlar. Azərbaycanın erməni təxribatı ilə bağlı hər xəbərdarlığında sonra  Qarabağda bir dalğalanma yaranır.  Son olaraq 3 gün əvvəl “xarici işlər naziri” Babayan ermənilərə yalvarıb ki, torpaqları tərk etməsinlər. Hətta deyib ki, müharibə daha heç vaxt olmayacaq, çünki Rusiya sülhməramlıları onları qoruyur. Bu təlaşın səbəbi həm də odur ki, ermənilər status məsələsini gündəmə gətirə bilməməkdən ehtiyat edirlər. Bakı  Xankəndi və ətrafını da öz ərazisi kimi texniki vasitələrlə nəzarətdə saxlayır, məskunlaşmanı da, əraziləri tərk edənlərinin təxmini sayını da bilir.

Ermənistan həmsədrlərin danışıqlar masasına oturmasına həm də o səbəbdən çalışır ki, statusla bağlı məsələni onlar gündəmə gətirsinlər. Ermənistanın statusla bağlı iddiasını Azərbaycan rəhbərliyi ağzında qoyur. Ermənilər ona ümid edirlər ki, ABŞ və Fransa danışıqlara qoşulan kimi yenə status söhbətini ortaya atacaqlar.

Bakının həmsədrlərin vasitəçiliyi ilə Nyu-Yorkda iki xarici işlər nazirlərinin görüşünə razılıq verməsi mövqe yumşalması kimi Ermənistana ümid verməməlidir. Bu məsələdə bircə addım geri çəkilsək, bir az yumşalsaq, status deyib yenə üstümüzə-üstümüzə gələcəklər…  //musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button