SİYASƏT
Rusiya XİN-dən Qarabağ və Türkiyə barədə AÇIQLAMA – ” Hər şey Putindən asılıdır”

Rusiya Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdadır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu günkü brifinqdə bildirib.
O jurnalistlərə açıqlamasında bildirib ki, “Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyə ilə əməkdaşlığımız bir çox istiqamətlərdə aparılır. Bu, həm siyasi-diplomatik təmaslar, həm də hərbçilərimiz aralarında olan təmaslardır. Sözsüz ki, əməkdaşlığın istiqamət vektoru dövlət başçılarımız tərəfindən verilir. Onlar regiondakı vəziyyəti müntəzəm olaraq müzakirə edirlər”
Ağaliyev Kənan
KAiM.Az