Top.Mail.Ru
SİYASƏT

Hacıyev İran siyasi xəttini ALT-ÜST ETDİ: Azərbaycan kiminsə diqtə ilə danışmasını… – VİDEO

Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq.

KAİM.az xəbər verir ki, bu sözləri “Haber Global”a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

“Cənab Prezidentimizin niyyəti məcburi köçkünlərimizin ən qısa zamanda, ləyaqətli, güvənli formada ata-baba yurdlarına qovuşmasını həyata keçirməkdir”, – deyə o bildirib.

Prezident köməkçisi bu gün Azərbaycanın minalarla çirklənmə səviyyəsinə görə dünyada bəlkə də 10 dövlətdən biri olduğunu vurğulayıb:

“Ermənistan ya bilərək, ya da bilməyərəkdən bizə dəqiq mina xəritələrini vermir. Ona görə də hər bir yeri yenidən axtarmaq məcburiyyətində qalırıq”.

H.Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlərdə Ermənistanın hərbi cinayətlərinin unudulması istiqamətində siyasət aparılır, amma təbii ki, Azərbaycan xalqı və dövləti olaraq biz bunu unutmamışıq:

“Bunlar hərbi cinayətdir və buna görə Ermənistanın hərbi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Hacıyev Zəngəzur dəhlizi mövzusuna da toxunub:

“Üçtərəfli görüşlər hələ davam edir, müəyyən müsbət dinamika var. Amma hesab edirik ki, hələ yekun nəticədən danışmaq tezdir. Çünki hələ Ermənistan tərəfindən atılmalı olan bir sıra müsbət addımlar var”.

İranla bağlı son hadisələrə diqqət çəkən siyasətçi qeyd edib ki, Azərbaycan müstəqil, öz milli maraqları əsasında siyasətini həyata keçirən ölkədir.

“Azərbaycan kiminsə təzyiqini və diktə ilə danışmasını qəbul edəcək bir ölkə deyil”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button