Top.Mail.Ru

bannerSİYASƏT

Fransa dağılır: Yüz minlərlə insan Paris küçələrində avtomobilləri və köşkləri yandırıb, polislərlə DÖYÜŞÜR

Fransada 130 mindən çox insan məlumat azadlığına dəstək məqsədilə keçirilən etiraz aksiyalarında iştirak edib.

Oxu24.com xəbər verir ki, bu barədə BFMTV Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Təkcə Parisdə təxminən 46 min etirazçı küçələrə axışıb.

Paytaxtdakı yürüş dinc şəkildə başlasa da, sonradan iğtişaşlarla müşayiət olunub. İğtişaşçılar avtomobilləri və köşkləri yandırıb, polisə daş və su şüşələri atmağa başlayıblar.

Polis əməkdaşları 46 aksiya iştirakçısını saxlayıb, 23 polis əməkdaşı xəsarət alıb.

Ümumilikdə, ölkədə “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinə qarşı 70-ə yaxın nümayiş keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button