Top.Mail.Ru
SİYASƏT

SON DƏQİQƏ: Paşinyan Azərbaycanı əsirlərlə təhdid etdi.

Müharibənin döyüş bölgəsində bitməsindən sonra gündəmi masa da davam edən müzakirələr zəbt edib.

Paşinyan hazırda həm Azərbaycanla həmdə Ermənistanla çəkişmələr içərisindədir. Belə görünür ki , bütün məsuliyyəti öz üzərinə götürən Baş nazir administrasiyadan özündən başqa hamını uzaqlaşdırmaq niyyətindədir. Daxili və xarici problemlərin yeganə həllini isə Azərbaycanla barışıqda görür.

KAİM.az xəbər verir ki , o bunu Facebookdakı paylaşımında bildirib və addımı Azərbaycan tərəfindən gözlədiyini qeyd edib. Əks təqdirdə , əsirlər və məhbusların saxlanılmasına davam edəcəyini deyib.

Paşinyan Azərbaycanın siyasi şəxslərinin və vətəndaşlarının onlardan fərqli olaraq , əsir və məhbuslarına nə qədər önəm verdiyini yaxşı bilir. Bu faktdan öz xeyrinə istifadə etmək isə onun ağılsız planlarından biridir. Aldığı dərslərdən nəticə çıxarmağı bacarmayan “siyasətçi” hələ də , Azərbaycanı şantaj etməkdən çəkinmir.

Daxili çəkişmələrə son qoymaq üçün əhalisinə müraciət edən Baş nazir qarşılığında onlara heç nə vəd etmir. Onun bu nizamsız addımları isə dənizdə boğulan çarəsiz birinin çırpınışlarına bənzəyir.

Belə davam edərsə Paşinyan haqqında bəhs edərkən məmnuniyyətlə “sabiq nazir” ifadəsini işlətməyə başlayacağıq.

Ağaliyev Kənan

KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button