Top.Mail.Ru
SİYASƏT

İlham Əliyev və Paşinyanın görüşünün Qarabağın taleyinə hansı təsirləri olacaq? – ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan rəhbərliyi 15 dekabrda Brüsseldə görüşəcəklər. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel “Şərq tərəfdaşlıq” sammitində iştirak etmək üçün tərəflərlə əlaqə saxlayaraq görüş üçün razılıq əldə edib.

Siyasi ekspert Elman Vəliyev Brüsseldə keçiriləcək sammitinin təfərrüatlarını KAİM.az-a şərh edib.

O, dekrabrın 15-də baş tutacaq görüşün həm 10 noyabr bəyanatına, həm də ermənilərin qəsdən törətdiyi təxribatlara qarşı təsirindən danışıb:

“”16 noyabr” eskalasiyası tərəflər arasında diplomatik danışıqları intensivləşdirdi. Bu eskalasiya Ermənistanın sülhə yaxın durması üçün önəmli addım idi. Sual oluna bilər ki, Rusiya dura-dura Aİ iki tərəf arasında görüş təşkil edir? Axı atəşkəsi Rusiya bərpa elədi.

1 günlük eskalasiyadan sonra Rusiya tərəfi 10 Noyabr bəyanatının müddəalarının yerinə yetirilməsini qəti şəkildə bildirdi. Tərəflər arasında delimitasiya və demarkasiya məsələsinin həllində Rusiyanın rolu vardır. Tərəflər arasındakı Brüssel görüşü 10 Noyabr bəyanatının müddəalarını yerinə yetirmək üçün əsaslı konfrans deyil. Aİ çoxdan konflikti nizamlamaq üçün özünü vasitəçi kimi göstərməkdə maraqlı idi.”

Ekspert Azərbaycan və Ermənistan müdafiə nazirlərinin birbaşa əlaqəsininin təmin edilməsinin müsbət tərəfləri haqqında da fikirlərini bölüşüb:

“Bu da önəmli addımdır. Artıq 3-cü tərəfin vasitəçiliyi olmadan birbaşa əlaqələr olacaq. Brüssel görüşündən sonra tərəflər bəyanatın müddəalarınə yerinə yetirmək üçün addımlar atacaqlar”

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button