Top.Mail.Ru
bannerSİYASƏT

ABŞ-ın müdafiə naziri İRANI HƏDƏLƏDİ: “Danışıqlar nəticə VERMƏSƏ…”

“Tehranın son aylardakı davranışları ürəkaçan deyil”.

KAİM.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

“Gələn həftə İranın dialoq qrupu Vyana danışıqlarına qayıtmalıdır. Biz və tərəfdaşlarımız də xoş niyyətlə bu dialoqa qayıdırıq. Amma İranın son aylardakı davranışları, xüsusilə nüvə proqramının inkişafı kontekstində ürəkaçan deyil”, – deyə nazir irad bildirib.

Ostin İrana xəbərdarlıq edib. O bildirib ki, diplomatiya nəticə verməsə, ABŞ İranın nüvə təhlükəsinin qarşısını almaq üçün alternativ yolları nəzərdən keçirməyə hazırdır:

“Biz nüvə probleminin diplomatik yolla həllinə sadiq qalırıq. İran buna hazır deyilsə, ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi variantları nəzərdən keçirəcəyik”. //KONKRET.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button